Dekabrın 11-də Bakı Kristial Zalında Messi ilə bağlı bioqrafik film nümayiş olunacaq, pərəstişkarlar dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanan argentinalı superulduzu və komanda yoldaşlarını görmək imkanı qazanacaq.
Bəs AFFA-nın bu səfərdən xəbəri varmı? Messinin mətbuat konfransı və brifinqi olacaqmı? Qurum idman mediasının bu tədbir üçün qeydiyyatdan keçirilməsini öz üzərinizə götürə bilərmi? Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:
“Bu suallar bizə ünvanlamamalıdı. Təşkilatçılar var, onlara müraciət edin”.
ƏSƏD SEYİDOV






