Yenidən Messi ilə birgə oynayacaq

8.11.2023 19:50 222
Dünya futbolu
Luis Suares tezliklə arzusuna çatacaq.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami” “Qremio”nun hücumçusu ilə razılığa gəlib. ESPN-in məlumatına görə, 36 yaşlı futbolçu ABŞ klubuna 2024-cü ilin yanvarında keçəcək. Həmin vaxt onun hazırkı klubu ilə müqaviləsinin müddəti sona çatacaq. Məşhur uruqvaylı futbolçu yenidən Lionel Messi, Xordi Alba və Serxio Busketslə eyni komandada oynamaq istədiyini bir müddət əvvəl bildirilmişdi. Onlar əvvəllər “Barselona”da birgə çıxış ediblər.

Suares bu mövsüm bütün turnirlərdə 46 matçda iştirak edib, 19 qol vurub və 16 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul