Çempionlar Liqası çərçivəsində “Atalanta” ilə səfər oyununda hesabı açan “Real”ın forvardı Kilian Mbappe turnirin tarixinə ən azı 50 qol vuran 9-cu futbolçu kimi düşdü (təsnifat mərhələsi nəzərə alınmır).
Ona qədər 50 qol həddinə çatan futbolçuların siyahısı: Kriştiano Ronaldo, Lionel Messi, Robert Levandovski, Kərim Benzema, Raul, Ruud van Nistelroy, Tomas Müller, Tyerri Anri.
Kilian bu gecə 51-ci qolu da vura bilərdi. Ancaq 36-cı dəqiqədə zədələnərək yerini Rodriqoya verdi.