Mbappe “üçrənglilər”in tarixinə düşdü

20.06.2023 20:30 242
Dünya futbolu
Kilian Mbappe adını daha bir rekord göstərici ilə Fransa yığmasının tarixinə yazdırıb.


"Football-plus.az" xəbər verir ki, o, buna AÇ-2024-ün seçmə turnirinin Yunanıstanla oyununda (1:0) qol vurmaqla nail olub. Penalti ilə hesabə açan hücumçu yığmadakı qollarının sayını 40-a çatdırıb. Mbappe Fransa millisində bu saya ən tez çatan (24 yaş 6 aylığında) futbolçu olub.

O, həm də yığmada 40 qol həddinə çatan 5 futbolçudan biridi. Mişel Platini 41, Antuan Qrizmann 43, Tyerri Anri 51, Olivye Jirunun hesabında isə 54 qol var.