Mbappe DÇ-də bunu bacaran ikinci futbolçudu

20.12.2022 17:59 319
DÇ 2026
Argentina yığmasının qapısına 2 dəqiqədə iki qol vuran Mbappe DÇ-nin finalında 1-dən artıq fərqlənən 10-cu futbolçudu.

Football-plus.az xəbər verir ki, ancaq əlavə vaxtda onun PSJ-dəki komanda yoldaşı Messi də dublla cavab verdi. Mbappe bununla kifayətlənmədi və 118-ci dəqiqədə het-trik etdi. Kilian DÇ tarixinə finalda 3 qol vuran 2-ci futbolçu kimi düşdü. Ona qədər yalnız ingiltərəli Ceff Herst 1966-cı ildə het-trik edə bilmişdi.

DÇ-nin finallarında bütün dubl müəllifləri

tarix oyunçu komanda oyun qollar

19.06.1938 Luici Kolaussi İtaliya Macarıstan – 4:2 6’ (1:0), 35’ (3:1)
19.06.1938 Silvio Piola İtaliya Macarıstan – 4:2 16’ (2:1), 82’ (4:2)
04.07.1954 Helmut Ran AFR Macarıstan – 3:2 18’ (2:2), 84’ (3:2)
29.06.1958 Vava Braziliya İsveç – 5:2 9’ (1:1), 32’ (2:1)
29.06.1958 Pele Braziliya İsveç – 5:2 55’ (3:1), 90’ (5:2)
30.07.1966 Ceff Herst İngiltərə AFR – 4:2 (ə.v) 18’ (1:1), 101’ (3:2), 120’ (4:2)
25.06.1978 Mario Kempes Argentina Niderland – 3:1 (ə.v.) 38’ (1:0), 105’ (2:1)
12.07.1998 Zinəddin Zidan Fransa Braziliya – 3:0 27’ (1:0), 45+1’ (2:0)
30.06.2002 Ronaldo Braziliya Almaniya – 2:0 67’ (1:0), 79’ (2:0)
18.12.2022 Kilian Mbappe Fransa Argentina – 3:3 (p. – 2:4) 80’ (1:2), 81’ (2:2), 118’ (3:3)
18.12.2022 Lionel Messi Argentina Fransa – 3:3 (p. – 4:2) 23’ (1:0), 109’ (3:2)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul