Mbappe PSJ-nin tarixinə düşdü

12.10.2022 10:16 439
Dünya futbolu
Kilian Mbappe Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub.

"Footbal-plus.az" xəbər verir ki, 24 yaşlı hücumçu buna evdə Portuqaliya "Benfika"sı ilə 1:1 hesablı heç-heçə etdikləri qrup mərhələsinin 4-cü tur oyununda yiyələnib.

39-cu dəqiqədə penaltidən fərqlənən fransalı forvard Paris təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 31-ə çatdırıb. Mbappe hazırda İspaniya "Valensiya"sında çıxış edən Edinson Kavanini (30 qol) geridə qoyub.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.