Futzal klublarına yeni toplar hədiyyə olundu

2.12.2024 14:57 304
İdman
Azərbaycan Futzal Federasiyası yüksək liqada çıxış edən klublara yeni toplar hədiyyə edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İlkin mərhələdə hər iştirakçı kluba 5 top verilib. Növbəti turdan yüksək və 1-ci liqanın oyunlarında bu toplardan istifadə olunacaq.