Son turda Gəncədə - doğma azarkeşləri önündə darmadağın olan “Kəpəz” sentyabrın 12-də növbəti ev oyununa çıxacaq Bu dəfə rəqib “Qəbələ”di. Görünən odu ki, son darmadağına rəğmən, azarkeşləri “Kəpəz”i atmayıb.
“Football-plus.az” xəbər verir ki, dünən “iTicket” platformasında satışa çıxarılan “Kəpəz” – “Qəbələ” matçının biletlərindən artıq 1500-ü satılıb. Oyuna hələ 4 gün qaldığını nəzərə alsaq, bu sayın qarşıdakı günlərdə daha da artacağı gözlənilir. Biletlərin satış tempi Gəncədə futbol ab-havasının hələ də yüksək olduğunu göstərir.
“Turan Tovuz”la oyunda da azarkeşlər komandaya böyük dəstək vermişdi. Bəlkə də gəncəli azarkeşlərdə artıq özünəvurğunluq, bütün ölkəyə “meydan oxumaq” hissi baş qaldırıb. Yəni ki, nəticə necə olur-olsun, hamının və hər kəsin acığına tribunaları dolduracağıq. Kim nə deyir, təki olsun! İstəməyən kor olsun!
İSRAYIL XEYRULLAYEV
“Kəpəz” darmadağın oldu, amma azarkeşləri...
Aktual / Ölkə futbolu






