''Liverpul'', odu e, təyyarə, min, get! - amma gələn il iyunun 1-dən

8.09.2026 23:59 72
Dünya futbolu
İngiltərə nəhəngi ''Liverpul'' yeni ana sponsorunu açıqlayıb. Klubdan verilən rəsmi açıqlamada ''Türkiyə Hava Yolları'' ilə razılıq əldə olunduğu deyilir. Bu anlaşma gələn il iyunun 1-dən etibarən qüvvəyə minəcək. Başqa sözlə desək, gələn mövsümdən etibarən ''Liverpul''un kişi, qadın və akademiya komandalarında formaların üzərində Türkiyə Hava Yollarının adı qeyd olunacaq. BBC-nin məlumatına görə, tərəflər beşillik müddətə anlaşıblar. ''Liverpul'' bu işbirliyindən illik 60 milyon funt sterlinq, yəni 69,8 milyon avro qazanacaq ki, bu da klub tarixinin sponsor gəliri baxımından yeni rekordudu. 2010-cu ildən bəri, bilindiyi kimi, klubun ana sponsoru ''Standard Chartered'' şirkətidi. Mersisaydlılar bu anlaşmadan illik 50 milyon funt sterlinq qazanır.