Ceydon Sanço yenidən keçmiş komandasında oynaya bilər.
“Borussiya” rəhbərliyi onu üçüncü dəfə komandaya qaytarmaq variantını nəzərdən keçirir. “Daily Sport” nəşrinin məlumatına görə, Almaniya klubu iyulun 1-dən azad agent olan 26 yaşlı futbolçunun transferini müzakirə edir. Həmçinin Sançonun da Dortmund klubuna qayıtmaq üçün maaş tələblərini əhəmiyyətli dərəcədə azaltmağa hazır olduğu vurğulanır. O, “Mançester Yunayted”də ilə təxminən 15 milyon avro qazanıb. Deyilənə görə, “Borussiya”nın baş məşqçisi Niko Kovaç Sançonun qayıdışına müsbət yanaşır.
Ceydon Dortmund klubunda iki dövrdə ümumilikdə 158 oyuna çıxıb. Onun 2021-ci ildə 73 milyon funt sterlinqə “Mançester Yunayted”ə satılması klub tarixində rekord transfer kimi qalır. Futbolçu ötən mövsüm “Çelsi” və “Aston Villa”da icarə əsasında çıxış edib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Atalar üçdən deyib, Sanço!
Dünya futbolu






