İştirakçı komandalar heyətə qatdıqları yeni oyunçuları oktyabrın 10-u, saat 23.59-dək qeydiyyatdan keçirə bilər. Bu qərarın səbəbini öyrənmək üçün Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:
“Çempionatın startı ləngiyir. Amma komandalar da transfer edirlər və qeydiyyatdan keçirmək istəyirlər. Buna görə də vaxtı uzatdıq. Yaxın günlərdə çempionatla bağlı məlumat veriləcək”.
Qeyd edək ki, yay “transfer pəncərəsi”nin müddəti daha əvvəl sentyabrın 20-nə qədər idi.
ƏSƏD SEYİDOV




