''Sane bundestimə çağrılmamalıdı'' - ''Qalatasaray''ın ulduzu Almaniyanı silkələyir
Dünya futbolu
''Qalatasaray''ın almaniyalı ulduzu Leroy Sanenin yığmaya çağrılması mövzusu ölkədə gündəm olmaqda davam edir. Bu mövzu ötən ildən Almaniya futbol ictimaiyyətində müzakirə olunur. Əfsanəvi Lotar Matteus başda olmaqla bir çoxları Sanenin dünya çempionatına aparılmasına qarşı idi. Amma o dönəmdəki baş məşqçi Yulian Naqelsmann təcrübəli vingeri DÇ-2026-ya yollanan heyətə daxil etdi. İndi növbəti yığma pəncərəsi ərəfəsində Sane yenə ən çox müzakirə olunan futbolçulardandı. Artıq bundestimin başında yeni məşqçi - Yürgen Klopp var. O, sentyabrın 17-nə qədər yığmaya dəvət alan futbolçuların siyahısını açıqlamalıdı. Bu arada sabiq almaniyalı məşqçi Piter Noyrurer açıq-aydın Sanenin yığmaya çağırılmasına qarşı çıxıb. ''Şalke-04'', ''Herta'', ''Hannover-96'', ''Köln'', ''Bohum''u çalışdırmış 71 yaşlı mütəxəssis bunları deyib: ''Kloppun yığmaya oyunçuları dəvət edərkən ilk növbədə onların performanslarına baxacağına inanıram. Mən əslində Saneni sevirəm. Bu cür potensiallı oyunçuları bəyənirəm. Bir də gördün ki, hətta Messi ilə eyni performansı sərgiləyir. Ancaq gəlin açıq danışaq. Sane sonuncu dəfə nə vaxt bu cür performans göstərib? ''Qalatasaray''da Kloppun ona yenidən şans verəcək qədər sabit futbol sərgiləyəcəyini düşünmürəm. Sanenin dövrü artıq keçib. Onun bir də əvvəlki oyununu sərgiləyəcəyinə qətiyyən inanmıram''.






