İngiltərə klubunda istefa – sahibin üzünə ağ oldu…

8.09.2026 23:15 45
Dünya futbolu
“Nottingem Forest” rəhbərliyində istefa hadisəsi baş verib.
Futbol departamentinin rəhbəri Edu klubdan rəsmən ayrılıb. Braziliyalı funksioner 2025-ci ilin yayında “Arsenal”dan “Nottingem Forest”ə keçərək klubun qlobal futbol rəhbəri vəzifəsində çalışmağa başlayıb. Lakin bu ilin yazında Edu ilə klubun sahibi Evangelos Marinakis arasında münasibətlərin pisləşdiyi və braziliyalı mütəxəssisə klubdan uzaq durmasının bildirildiyi məlum olub.
Edu son aylarda “Nottinqem Forest”də görünməsə də, onun müqaviləsi ötən həftəyə qədər qüvvədə qalıb. Tərəflər daha sonra sözləşməyə qarşılıqlı razılıq əsasında xitam veriblər. “The Telegraph” nəşrinin məlumatına görə, klub bununla bağlı rəsmi açıqlama verməyəcək.