"Qış transfer pəncərəsi"nin açılma vaxtı məlum oldu

17.12.2022 12:12 285
Ölkə futbolu
Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda iştirak edən klublar üçün “qış transfer pəncərəsi” yanvarın 3-də açılacaq.

Football-plus.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandalar yeni transferlərini fevralın 1-i, axşam 23.59-a qədər qeydiyyatdan keçirə bilərlər.