Mövsümün yeni rekordu "Neftçi" - "Qarabağ" oyununda qeydə alındı

2.12.2024 13:30 318
Ölkə futbolu
Misli premyer-liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, bu, 15-ci turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib. “Neftçi Arena”dakı qarşılaşmanı 7069 azarkeş izləyib.

Azərbaycan derbisindəki tamaşaçı sayı mövsümün arxada qalan 15 turu üçün ən yüksək göstəricidir. Bunadək rekord 9-cu turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsus idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 tamaşaçı qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyununda qonaq komanda 3:0 hesabı ilə qalib gəlib.