"Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alındı

9.10.2023 11:55 228
Ölkə futbolu
Misli premyer-liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, bu, 9-cu turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 azarkeş izləyib. Buna qədər rekord 9-cu turun “Turan Tovuz” – “Neftçi” oyununa (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 tamaşaçı olub.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşündə qonaqlar 2 cavabsız qolla qalib gəlib.