Misli premyer-liqasında tamaşaçı rekordu qeydə alındı

30.10.2023 12:16 243
Premyer-liqa
Misli premyer-liqasının 11-ci turunda 2023/24 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, bunun üçün 4 oyunun keçirilməsi kifayət edib.

Belə ki, turun geridə qalan matçlarına ümumilikdə 11 750 azarkeş toplaşıb. Bu isə cari mövsümün ən yüksək göstəricisidir. Buna qədər rekord 6-cı tura məxsus idi - 10 950 nəfər.

11-ci turun “Turan Tovuz” – “Kəpəz” oyununda 5000, “Neftçi” – “Sabah” matçında 4600, “Sumqayıt” – “Qəbələ” görüşündə 1350, “Zirə” - “Səbail” qarşılaşmasında isə 800 azarkeş olub.

Qeyd edək ki, turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bu gün keçiriləcək.