“Mehdi Hüseynzadə”də azarkeş rekordu

7.10.2024 22:14 327
Ölkə futbolu
Misli premyer-liqasının 9-cu turunda keçirilən "Sumqayıt" - "Qarabağ" (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.

"Football-plus.az” xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçı 7000 tərəfdar izləyib.

Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan canlı izləmişdi.