Millimiz İsveçrəyə qarşı

24.11.2024 13:18 290
İdman
Kişilərdən ibarət basketbol millimiz bu gün DÇ-2027-nin Avropa zonasının 1-ci seçmə mərhələsində 4-cü oyununa çıxacaq.

“Football-plus.az” xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda İsveçrə millisini qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 14.00-da başlayacaq.

24 noyabr
DÇ-2027, Avropa zonası, seçmə mərhələ
A qrupu, 4-cü tur
Azərbaycan – İsveçrə

Qeyd edək ki, millimiz ilk görüşdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.

Xal durumu: İsveçrə – 6 xal, İrlandiya - 4 xal, Kosovo - 4 xal, Azərbaycan – 4 xal