Millimiz İsveçrəyə darmadağın oldu - YENİLƏNİB

9.04.2024 19:50 190
Yığma / Manşet
Qadın futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız B Liqasının 1-ci qrupu çərçivəsində İsveçrə millisi ilə üz-üzə gəlib.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv qrupda ilk görüşündə Macarıstanla səfərdə 1:1 oynayıb.

AÇ-2025, Qadınlar
Seçmə mərhələ, 2-ci tur

9 aprel
Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar) 0:4

"Dalğa Arena". Saat 16.00.
Baş hakim: Alina Pesu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir