U-19 millimiz AÇ-2025-in seçmə mərhələsində ilk oyuna çıxır

13.11.2024 12:54 335
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gələcək. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı hakimlər idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Qrupun digər matçında isə İrlandiya Moldovanı qəbul edəcək. Bu oyun Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul