Basketbol millimiz İrlandiyaya uduzdu

22.11.2024 10:43 304
İdman
Kişilərdən ibarət basketbol millimiz dünən DÇ-2027-nin Avropa zonasının 1-ci seçmə mərhələsində 3-cü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız səfərdə İrlandiya ilə qarşılaşıb.

Dublindəki Milli Basketbol Arenasında keçirilən görüş İrlandiyanın 91:67 hesablı qələbəsi ilə yekunlaşıb.