U-19 Moldova ilə "sülh"ə razılaşdı

19.11.2024 17:07 296
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində keçirdiyi üçüncü oyunda heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gəlib.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutan görüş 2:2 hesabı ilə nəticələnib.

Millimizdən Həsən Nəzərli dubl (15, 45+1) müəllifi olub.

Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.