U-19 millimiz seçmə mərhələdə növbəti matçına çıxacaq

19.11.2024 10:31 278
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq.

"Football-plus az" xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15.00-da start götürəcək.

Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki iki görüşdə məğlub olan U-19 yığmamız sonuncu - dördüncü sıradadı. Lider İslandiyanın 6, ikinci yerdəki İrlandiyanın 4 xalı var.

Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul