U-19 millimiz AÇ-2025-in seçmə mərhələsinə məğlubiyyətlə başladı

13.11.2024 17:23 358
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gəlib. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan qarşılaşmanı şotlandiyalı hakimlər idarə edib. Matçda İslandiya 2:0 hesabı ilə qalib gəlib.

Tomas Yohannessen 26 və 89-cu dəqiqələrdə fərqlənərək dubl edib.

Qrupun digər matçında isə İrlandiya Moldovanı qəbul edir. Bu oyun Bakı vaxtı ilə saat 16.00-da başlayıb.