Futboldan gedir, amma futbolda qalacaq

14.11.2024 19:56 438
Aktual / Ölkə futbolu
“Şamaxı”nın qapıçısı Kamal Bayramov mövsümün sonunda karyerasını bitirəcək.

“Football-plus.az” xəbər verir ki, bu barədə qolkiper “Facebook” sosial şəbəkəsində paylaşım edib. Bəs karyeranızı bitirdikdən sonra nə etməyi düşünürsüz? Bu sualla Kamal Bayramova müraciət etdik:

“Mövsüm bitəndən sonra qismət olsa, yekunlaşdıracam. Futbolda qalmağı düşünürəm. Təkliflərə baxacaq, dəyərləndirəcəm”.


ƏSƏD SEYİDOV