Saniyədə 20 min paylaşım!

26.11.2022 11:54 350
DÇ 2026
“Tvitter” sosial şəbəkəsində DÇ-2022 ilə bağlı paylaşımlar üzrə rekord qeydə alınıb.

Football-plus.az xəbər verir ki, bunun sayı saniyədə 20 minə çatıb.

Bu barədə sosial platformanın sahibi İlon Mask özünün “tvitter” hesabında bildirib: “Dünya kuboku barədə tvitlərin sayı təxminən saniyədə 20 minə çatıb. Belə rekord yükün idarə olunmasında “tvitter” komandasının böyük əməyi var”.