Əfsanəvi tennisçi karyerasını bitirəcək

15.09.2022 21:50 307
İdman
Əfsanəvi tennisçi Roje Federer peşəkar karyerasını bitirəcək.

41 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, İngiltərədə növbəti həftə keçiriləcək “Laver Cup”dan sonra bu addımı atacaq.

Qeyd edək ki, Roje Federer karyerası ərzində 103 titul qazanıb.