"Qarabağ", "Zirə" və "Sabah" gerilədi

10.11.2024 19:17 260
Ölkə futbolu
Klubların dünya reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, İFFHS-in siyahısında planetin 507 ən yaxşı komandası yer alıb.

Azərbaycan cədvəldə üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” 167,25 xalla dünyada 72-ci sıradadı. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 12 pillə geriləyib.

18 rəqibini özündən irəli buraxan “Zirə” 94,25 xalla 219-cu yerdədi. 59,50 xala malik “Sabah” da geriləyib. 12 pillə aşağı düşən Bakı təmsilçisi 423-cü sıradadı.

Qeyd edək ki, cədvələ 414 xala malik “Real” başçılıq edir.