Berdıyev irəlilədi, Qurbanovla Santuş gerilədi

20.07.2024 11:52 321
Ölkə futbolu
Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdu. “Qarabağ”ın baş məşqçisi 1673 xala malikdir. O, dünyada 133-cüdür. 2 xal itirən mütəxəssis 2 pillə geriləyib.

“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib.

Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.

Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2240 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.