"Qarabağ" və "Neftçi" gerilədi, "Zirə" və "Sabah" irəlilədi

10.06.2024 10:31 291
Ölkə futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda 507 komanda yer alıb.

Reytinq cədvəlində Azərbaycanın 4 klubu var. "Qarabağ" əvvəlki reytinqlə müqayisədə 5 pillə geriləyib. Ağdam təmsilçisi hazırda 183,75 xalla 53-cüdür.

"Zirə" və "Sabah" sıçrayış edib. "Zirə" 15 pillə irəliləyərək 62,25 xalla 369-cu, "Sabah" isə 17 pillə irəliləyərək 60,75 xalla 388-ci olub.

"Neftçi" 5 pillə geriləyib. Bakı klubu 59,25 xalla 403-cüdü.

Qeyd edək ki, dünya reytinqinə 401 xalla “Mançester Siti” liderlik edir.