“Neftçi” və “Sabah” irəlilədi, “Qarabağ” mövqeyini qorudu

30.01.2024 11:34 198
Ölkə futbolu
Avropanın top komandalarının 2024-cü il üçün ilk reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Ölkəmiz cədvəldə 4 komanda ilə təmsil olunub ki, "Qarabağ” ən yaxşısıdı.

Qurban Qurbanovun yetirmələrinin hesabında 248 xal var. Ağdam klubu 70-ci pillədəki mövqeyini qoruyub.

Bir pillə irəliləyən “Neftçi” 27 xalla 242-cidi. “Sabah” da bir addım yüksəlib və hazırda 20 xalla 263-cü sıradadı. 5 xalı olan “Qəbələ” 6 pillə geriləməklə 377-ci yerə düşüb.

Qeyd edək ki, siyahıya 2329 xala malik “Real” başçılıq edir.