"Qarabağ" və "Neftçi" dünya reytinqində geriləyib

11.07.2023 10:52 271
Ölkə futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Football-plus.az" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

“Köhlən atlar” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür.

67 xala malik "Neftçi" 4 sıra itirərək 291-ci olub.

Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 315 xalla birincidir. UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin "Mançester Siti" komandası 311 xalla ikincidir. İlk "3-lüy"ü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.