''Əl-Hilal'' qalib gəldi, Neymar yenə zədələndi

5.11.2024 20:51 286
Dünya futbolu
Asiya Çempionlar Liqasında 4-cü turun oyunları keçirilir. Turnirin favoritlərindən olan Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Hilal'' növbəti inamlı qələbəsini qazanıb.

Jorje Jezuşun kollektivi öz meydanında İran təmsilçisi ''İstiqlal''ı 3 cavabsız qolla məğlub edib. Hər 3 qolu aktivinə Aleksandar Mitroviç yazıb. Serbiyalı forvard Səudiyyə Ərəbistanı karyerasında fenomenal məhsuldarlıq sərgiləməkdə davam edir. 30 yaşlı futbolçu ''Əl-Hilal''ın heyətində 58-ci rəsmi oyunda vurduğu qolların sayını 57-yə çatdırdı. Komanda 4-cü turda sonra xalını 12-yə yüksəldərək öz qrupunda liderliyi davam etdirdi. Amma Neymardan yenə üzücü xəbər gəlib.

Təxminən 1 illik fasilədən sonra zədəsini sağaldaraq yaşıl meydanlara qayıdan məşhur braziliyalı futbolçu yenə zədələnib. Bu qarşılaşmanın 58-ci dəqiqəsində oyuna daxil olan Neymar 87-ci dəqiqədə əvəzlənib. Səudiyyə Ərəbistanı mətbuatının xəbərinə görə ulduz futbolçu bu dəfə ən azı ayyarımlığa sıradan çıxıb.

ƏLİ