''Əl-Hilal''ın qələbə seriyası 30-a çatdı!

31.03.2024 19:20 235
Dünya futbolu / Manşet
Adını futbol tarixinə yazdıran Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Hilal'' qələbələrdən doymaq bilmir.

Portuqaliyalı mütəxəssis Jorje Jezuşun çalışdırdığı bu komanda dünən Səudiyyə Ərəbistanı çempionatının 25-ci turunda ''Əl-Şabab''ın qonağı oldu. İlk qolu artıq 3-cü dəqiqədə meydan sahibləri vursa da, ''Əl-Hilal'' yekunda 4:3 hesablı əzmkar və dramatik qələbə qazandı. Bununla da ''Əl-Hilal'' qələbə seriyasını 30 oyuna çatdıraraq rekordu bir qədər də yaxşılaşdırdı. Xatırladaq ki, buna qədər futbol tarixində peşəkar klublar arasında rəsmi oyunlarda ardıcıl qələbə sayı baxımından rekord (27 oyun) Uels təmsilçisi TNS-ə məxsus idi. Sona 9 tur qalmış ən yaxın rəqibi olan Kriştiano Ronaldolu ''Əl-Nəsr''i 12 xal qabaqlayan ''Əl-Hilal'' növbəti oyununu aprelin 2-də 26-cı tur çərçivəsində evdə ''Əl-Axdud''a qarşı keçirəcək.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul