İspaniyada hamını arxada qoydu

2.11.2024 22:56 312
Dünya futbolu
La Liqada oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qurumun mətbuat xidmətinin məlumatına görə, bu nominasiyada “Barselona”nın hücumçusu Robert Levandovski qalib gəlib. Xatırladaq ki, Levandovski oktyabrda La Liqada 3 oyuna çıxaraq 7 qol vurub.

36 yaşlı polşalı hücumçu bu mövsüm “Barselona”nın heyətində 14 oyunda iştirak edib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib.