İngiltərə premyer-liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada “Liverpul”un oyunçusu Məhəmməd Salah qalib gəlib. Misirli hücumçu karyerasında 5-ci dəfə fərdi mükafatı qazanıb. Salah “Liverpul”un oktyabr ayında keçirdiyi 3 oyunda 5 qol vurmuşdu.