İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Fərdi mükafata Karlo Ançelotti (Real), Hans-Diter Flik (Barselona) və İmanol Alquasil (Real Sosyedad) iddia edirdilər. Xatırladaq ki, “Barselona” oktyabrda keçirdiyi iki oyunda rəqiblərini ümumilikdə 8:1 hesabı ilə məğlub etmiş, “Real” iki rəqibinə ümumi hesabda 4:1 qalib gəlmi, “Real Sosyedad” isə iki oyunda 4 xal qazanmışdı.
Ayın ən yaxşı məşqçisi Flik seçilib. Yeri gəlmişkən, alman mütəxəssisin çalışdırdığı “Barselona” hazırda La Liqada 11 oyuna 30 xalla 1-ci yeri tutur.