İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyada “Real”ın vingeri Vinisius Junior qalib gəlib. 23 yaşlı braziliyalı bu nominasiya üzrə digər namizədləri - Robert Levandovski (Barselona), Bris Mendes (Real Sosyedad), Aleksandr Sörlot (Vilyarreal) və Qorka Qorosetanı (Atletik) qabaqlayıb. O, martda La Liqada 3 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Braziliyalı vinger bu mövsüm 28 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.