Bunun hansı məqsədlə edildiyini və qanuni tərəflərini Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubovdan soruşduq. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Sözügedən işarə klub adına heç bir problem yaratmır. Bəhs etdiyiniz futzal klubunun İdarə Heyətində başqa şəxslər var. Ümumiyyətlə, hansısa qarışıqlıqdan söhbət gedə bilməz. Adlar eyni olsa da, qalan bütün detallar fərqli olduğundan bu, qanun pozuntusu sayılmır”.
KƏNAN BAHADIR






