Söhbət adı “Araz-Naxçıvan”la yanaşı hallanan Ataa Caberdən gedir. Ötən mövsümün sonunda “Neftçi”dən ayrılaraq xeyli müddətdi işsiz qalan Caber bu dəfə “qırmızı-ağlar”ın formasını geyəcək. Bir müddət öncə "Qətər" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəsə də, o, Azərbaycana dönməyi üstün tutub. Fələstin millisinin də şərəfini qoruyan oyunçunun birillik müqavilə imzalayacağı deyilir.
Bəs futbolçu “Araz-Naxçıvan”ın düşərgəsindədi?
Komandanın baş məşqçisi Elmar Baxşıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı belə oldu:
“Bəli, danışıq aparırıq. Daha ətraflı bilgini transfer rəsmiləşəndən sonra bildirərəm”.
Qeyd edək ki, Ataa ağ-qara formanı geydiyi 2022-24 aralığında meydana çıxdığı 58 oyunda 9 qol, 7 ötürmə ilə yadda qalıb.
RÖYANƏ OĞUZ






