İspaniyadan vətəninə qayıtdı

24.01.2024 11:13 166
Dünya futbolu
Andres Quardado “Betis”i tərk edib.

Meksikalı futbolçu yenidən vətənində çıxış edəcək. 37 yaşlı yarımmüdafiəçi “Leon” ilə müddəti 2025-ci il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə bağlayıb. Keçidin “Betis”i nə qədər irəli salacağına rəsmən aydınlıq gətirilmir.

Quardado bu komandada 218 oyun keçirib, 5 qol vurub və 17 məhsuldar ötürmə edib.