Aksel Vitsel beynəlxalq karyerası ilə bağlı qərar verib.
"Football-plus.az" xəbər verir ki, o, Belçika yığmasındakı karyerasını başa vurub.
34 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında yazıb. “Atletiko”nun yarımmüdafiəçisi milli komandada onunla birlikdə oynayan bütün futbolçulara, məşqçilərə və heyətə təşəkkür edib.
Vitsel Belçikanın əsas komandasında 2018-ci ildən oynayırdı. Təcrübəli futbolçu milli formada 130 matçda iştirak edib, 12 qol vurub və 8 məhsuldar ötürmə verib.