Təcrübəli futbolçu Belçika yığmasındakı çıxışını başa vurub.
“Anderlext”in 37 yaşlı müdafiəçisi bu barədə özünün sosial şəbəkə hesablarında bildirib. O, milli formadakı ilk və son oyunundan şəkil paylaşıb və belə yazıb:
“Milli komandada ilk və son oyunlarım. Bütün xatirələr üçün təşəkkür edirəm”.
Vertongen milli komandada 2007-ci ildə debüt edib. O, ötən müddətdə yığmada 157 oyun keçirməklə ölkə rekorduna imza atıb.





