Andres Quardado beynəlxalq karyerası ilə bağlı vacib qərar verib. O, kapitanı olduğu Meksika yığmasındakı çıxışını başa vurub.
“Football-plus.az” xəbər verir ki, “Betis”in yarımmüdafiəçisi bu qərarını sosial şəbəkə hesabında açıqlayıb. 36 yaşlı futbolçu 18 il idi milli komandada çıxış edirdi. Yığmada 2005-ci ildə debüt edən futbolçu milli formada keçirdiyi 179 oyunda 28 qol vurub.
Quardadonun karyerası ərzində ölkəsində yetirməsi olduğu “Atlas”, Avropada isə “Deportivo”, “Valensiya”, “Bayer-04” və PSV klublarında da oynadığını xatırladaq. O, bu mövsüm “Betis”in heyətində La Liqada meydana çıxdığı 23 oyunda 1 qol vurub.