• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lider büdrədi, “Palmeyras” xal fərqini azaltdı - İCMAL

Dünya futbolu

28-10-2024, 15:0

Braziliya çempionatında mövsüm sona yaxınlaşdıqca çempionluq uğrunda mübarizə daha da gərginləşir. 30-cu tur “Botafoqo”nun xal itkisi və liderin əsas izləyicisinin qələbə qazanması ilə daha çox yadda qaldı. Nəticədə liderlə “Palmeyras” arasındakı xal fərqi minimuma endi.

Artur Jorjenin komandasının “Krisiuma” ilə ev oyununda maksimum nəticə əldə edə bilməməsi gözlənilməz oldu. Rio de janeyroluların qələbə şansı yüksək idi, lakin lider çempionluq yarışında ortabab rəqibdən zərbə aldı. Gözlənildiyi kimi, matç “Botafoqo”nun aşkar üstünlüyü şəraitində keçdi. Buna baxmayaraq, ev sahibləri əsas vaxtda qapıya yol tapa bilmədilər. Qapıya 25 zərbə endirən “ağ-qaralar”ın həmlələrindən yalnız 7-si dəqiq alındı. Amma qonaqların qapıçısı Luis Qustavo bu zərbələrdən altısının qarşısını aldı. Matçın əsas vaxtına əlavə edilən dəqiqələr çox maraqlı keçdi. Əvvəlcə Tikinyo Soares ev sahiblərini hesabda önə keçirdi. Az sonra Felipe Vizeu bərabərlik qolunu vurdu. Nəticədə bir xal qazanan “Botafoqo” liderliyini qorudu.
Amma evdə iki xal itirən lider indi əsas izləyicisini yalnız bir xal qabaqlayır. Ona görə ki, “Palmeyras” turu qələbə ilə başa vurdu. Braziliyanın son çempionu “Juventude”ni səfərdə 5:3 hesabıyla məğlub etdi. San paululuların qələbəsində het-trik edən yarımmüdafiəçi Rafael Veyqa böyük rol oynadı. Abel Ferreyranın komandası bu qələbə ilə liderə bir qədər də yaxınlaşdı.

Çempionluğa iddia edən “Fortaleza” yenə büdrədi. Xuan Voyvodanın komandası bu dəfə “Atletiko Mineyro” ilə ev oyununda iki xal itirdi. Halbuki matç “göy-qırmızılar” üçün yaxşı axarda davam edirdi: Marinyo 25-ci dəqiqədə meydan sahiblərini önə keçirdi. Fasilədən dərhal sonra qonaqlar cavab qolunu vurdular. Matçın bundan sonrakı hissəsi fortalezalılar üçün çox çətin keçdi. Ona görə ki, hesabı açan Marinyo 59-cu, müdafiəçi Tinqa isə 83-cü dəqiqədə kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandılar. Voyvodanın komandası meydanda 9 nəfərlə qalmasına baxmayaraq, heç-heçə hesabını sonadək qorumağı bacardı. 3-cü yerdəki mövqeyini qoruyan “Fortaleza” əvvəlki kimi liderdən 5 xal geri qalır.

Əvvəlki iki turda qələbə qazanan “Flamenqo” azarkeşlərini sevindirsə də, derbidə məğlub oldu. Qeyd edək ki, komandanı “Fluminense” ilə matça Filipe Luis çıxardı. 39 yaşlı mütəxəssis qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilən Titenin səlahiyyətlərini müvəqqəti icra edəcək. Onun baş məşqçi kimi debütü isə uğursuz alındı. Derbidə 0:2 hesablı məğlubiyyət “qırmızı-qaralar”ın 4-cü pillədəki mövqeyinə təsir etmədi. Ehtiyatda bir təxirə salınan oyunu olan “Flamenqo” liderdən yenə 10 xal geri qalır.

30-cu tur
Botafoqo RJ - Krisiuma 1:1
Tikinyo Soares, 90+1 – Felipe Vizeu, 90+4.
Juventude - Palmeyras 3:5
Danilo Boza, 35. Ronaldo, 49. Edson Karioka, 67 – Estevao, 22. Rafael Veyqa, 44; 50; 90. Rios, 63.
Fortaleza - Atletiko Mineyro 1:1
Marinyo, 25 – Vera, 48.
Flamenqo - Fluminense 0:2
Lima, 50. Aryas, 60.
San Paulu - Vasku da Qama 3:0
Lusiano, 9. Lukas Moura, 46; 67.
İnternasyonal - Qremio 1:0
Borre, 67.
Korintians - Atletiko Paranaense 5:2
Mateus França, 5. Kaka, 18. Depay, 55. Qarro, 66. Yuri Alberto, 78 - Nikao, 30. Erik, 39.
Atletiko Qoyaniense - Kuyaba 0:0
Kruzeyro - Bayya 1:1
Qabriel Veron, 61 – Rodriges, 82.
Vitoriya - Braqantino 1:0
Everaldo, 78.
17-ci turdan təxirə salınan oyun
Fluminense - Atletiko Paranaense 1:0
Kano, 81.

1. Botafoqo RJ 30 18 7 5 48-26 61
2. Palmeyras 30 18 6 6 51-23 60
3. Fortaleza 30 16 8 6 39-30 56
4. Flamenqo 29 15 6 8 45-34 51
5. San Paulu 30 15 5 10 41-32 50
6. İnternasyonal 29 13 10 6 38-26 49
7. Bayya 30 13 7 10 40-34 46
8. Kruzeyro 30 12 8 10 36-30 44
9. Atletiko Mineyro 29 10 11 8 41- 42 41
10. Vasku da Qama 29 10 7 12 32-41 37
11. Fluminense 30 10 6 14 25-30 36
12. Krisiuma 30 9 9 12 37-43 36
13. Qremio 30 10 5 15 33-38 35
14. Braqantino 30 8 10 12 34-39 34
15. Juventude 30 8 10 12 36-44 34
16. Vitoriya 30 9 5 16 33-44 32
17. Korintians 30 7 11 12 34-40 32
18. Atletiko Paranaense 29 8 7 14 29-37 31
19. Kuyaba 29 6 9 14 25-39 27
20. Atletiko Qoyaniense 30 5 7 18 22-47 22

Bombardirlər: Pedro (Flamenqo) - 11, Estevao (Palmeyras), Halk (Atletiko Mineyro) - 10, X.Lopes (Palmeyras), Lusiano (San Paulu), Veqetti (Vasku da Qama) - 9.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-10-2024, 12:0

“Palmeyras”ın qələbə seriyası qırıldı - İCMAL

Dünya futbolu

7-10-2024, 16:0

Lider büdrəsə də, mövqeyini qorudu - İCMAL

Dünya futbolu

16-06-2023, 20:0

“Botafoqo” evdə xal itirmir – TURUN ŞƏRHİ

Dünya futbolu

8-06-2023, 17:0

Lider məğlub oldu, çempion fərqi azaltdı - TURUN ŞƏRHİ

Dünya futbolu

27-07-2023, 23:0

“Botafoqo” ilk dəfə heç-heçəyə razılaşdı – TURUN ŞƏRHİ

Dünya futbolu

25-08-2023, 20:0

Lider büdrədi, son çempion qalib gəldi - TURUN ŞƏRHİ

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 112
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə