MHL-də son dörd gündə keçirilən oyunlarla bağlı cəlbedici faktlar var.
“Toronto”nun “Tampa-Bey” üzərindəki qələbəsinə (5:2) Oston Mettyus bir qolla töhfə verdi. 27 yaşlı amerikalı MHL-də keçirdiyi 588-ci oyunda qol sayını 371-ə çatdırdı. O, MHL-də 28 yaşa qədər hokkeyçilər arasında qol sayına görə Aleksandr Oveçkinə çatdı və “top-10”a daxil oldu. Bu göstəricidə rekord Ueyn Qretskiyə məxsusdu. Əfsanəvi kanadalı 28 yaşa qədəm qoyana qədər keçirdiyi 744 oyunda 616 dəfə fərqlənib.
“Vaşinqton” srağagün “Filadelfiya”nı məğlub etdi. Qələbə seriyasını 5 oyuna çatdıran “Kepitalz”ın heyətində Oveçkin bir qolla yadda qaldı. MHL-də 1432-ci oyununu keçirən 39 yaşlı rusiyalı ulduz bu göstəricidə 31-ci pilləyə yüksəldi. MHL-də oyun sayına görə rekordçu 1979 dəfə buz üzərinə çıxan Patrik Marlodu.
Oveçkinlə bağlı başqa cəlbedici statistika da var. “Filadelfiya” onun qapısına ən azı 50 dəfə yol tapdığı 4-cü klub oldu. Rusiyalı indiyə qədər “Atlanta”/“Vinnipeq” (73 oyun), “Karolina” (90 oyun) və “Tampa-Bey”in (81 oyun) qapısından 55 qol keçirib. Oveçkin MHL tarixinə ən azı 4 klubu 50 dəfə cəzalandıran 22-ci oyunçu kimi düşdü. Son 44 mövsümdə onunla yanaşı, Ueyn Qretski (5 komanda), Stiv Ayzerman (4) və Mario Lemye (4) də bunu bacarıb. Ümumiyyətlə, karyerası boyunca 855 qol vuran Oveçkin yalnız Qretskidən (894) geri qalır.
22 oktyabr
Toronto – Tampa-Bey 5:2 (1:1, 4:0, 0:1)
23 oktyabr
Filadelfiya – Vaşinqton 1:4 (0:2, 0:0, 1:2)
Florida – Minnesota 1:5 (0:2, 1:3, 0:0)
Nyu-Cersi – Tampa-Bey 5:8 (1:1, 1:5, 3:2)
Baffalo Dallas 4:2 (0:0, 2:0, 2:2)
Monreal Reyncers 2:7 (1:4, 1:1, 0:2)
Kolambus Toronto 6:2 (3:0, 2:1, 1:1)
Aylenders Detroyt 0:1 (0:1, 0:0, 0:0)
Sent-Luis Vinnipeq 2:3 (1:0, 0:3, 1:0)
Çikaqo Vankuver 3:6 (2:4, 0:0, 1:2)
Sietl Kolorado 2:3 (0:1, 1:2, 1:0)
Neşvill – Boston 4:0 (1:0, 1:0, 2:0)
Edmonton – Karolina 2:3 ОТ (1:0, 1:0, 0:2, 0:1)
Yuta – Ottava 0:4 (0:4, 0:0, 0:0)
Kalqari – Pittsburq 4:3 Б (1:0, 0:1, 2:2, 0:0, 1:0)
Anahaym – San-Xose 3:1 (0:0, 1:0, 2:1)
Veqas – Los-Anceles 6:1 (3:0, 0:1, 3:0)
24 oktyabr
Vaşinqton – Filadelfiya 6:3 (1:0, 3:2, 2:1)
25 oktyabr
Boston – Dallas 2:5 (1:1, 1:3, 0:1)
Detroyt – Nyu-Cersi 5:3 (2:1, 0:1, 3:1)
Reyncers – Florida 1:3 (1:2, 0:1, 0:0)
Tampa-Bey – Minnesota 2:4 (0:1, 2:1, 0:2)
Toronto – Sent-Luis 1:5 (0:2, 1:1, 0:2)
Kalqari – Karolina 2:4 (0:1, 1:2, 1:1)
Yuta – Kolorado 1:5 (0:2, 0:2, 1:1)
Sietl – Vinnipeq 3:4 ОТ (1:0, 0:2, 2:1, 0:1)
Los-Anceles – San-Xose 3:2 (3:0, 0:1, 0:1)
Bombardirlər: Makar (Kolorado) – 15 (3+12), Kuçerov (Tampa-Bey) – 13 (8+5), Panarin (Reyncers) – 13 (6+7), Raynhart (Florida) – 13 (5+8), Kaprizov (Minnesota) – 13 (4+9), Rantanen (Kolorado) – 13 (4+9), Makkinnon (Kolorado) – 13 (3+10).
Snayperlər: Kuçerov – 8, Kolton (Kolorado), Hişir (Nyu-Cersi) – 7.