İdman jurnalisti Niko Celev millimizin və "Nürnberq"in futbolçusu Mahir Emreli haqda danışıb.
"Football-plus.az" xəbər verir ki, almaniyalı həmkarımız hücumçunun vaxtilə Mədətov soyadını daşımasıyla bağlı məlumatı bölüşüb:
"Bunu Almaniyada bilmirlər, amma Mahirin kiçik sirri var. Azərbaycanlı ilk qollarını Mədətov soyadıyla vurub. Emreli onun anasının soyadıdı. O, 2019-cu ildə atasının başqa qadınla ailə həyatı qurmağa hazırlaşmasına etiraz əlaməti kimi soyadını dəyişməyə qərar verib. Qeyri-adi, amma qanuni dəyişiklik... Mahir isə çox yaxşıdı. Adı nə olur-olsun".
Xatırladaq ki, Emreli "Nürnberq"in heyətində ikinci qolunu vurub. Bu, Almaniya idman mediasının futbolçuya marağını artırıb.
KƏNAN BAHADIR