"Football-plus.az" "Bild"ə istinadla xəbər verir ki, həmyerlimiz komanda yoldaşı Yannik Hofmannla gərginlik yaşayıb. Buna futbolçunun məşq prosesi zamanı Emreli haqda səsləndirdiyi fikirlər səbəb olub. Belə ki, Hofmann bizimkinin çox şikayətləndiyini dilə gətirib və qəzəbli baxışlarını Mahirin üzərində cəmləyib. Hücumçu isə cavabında ona toxunub. Hoffman ingilis dilində sərt ifadələr işlədərək Emrelinin üstünə qışqırıb.
Baş məşqçinin köməkçisi Ceremi Polenz mövzuyla bağlı Almaniya mətbuatına qısa açıqlama verib:
"Belə emosiyaların olması pis bir şey deyil. Şifahi atışmaların baş verməsi normaldı".
Qeyd edək ki, "Nürnberq" sabah 2-ci bundesliqanın 7-ci turunda "Hannover 96"nın qonağı olacaq. Baş məşqçi Miroslav Kloze Mahiri start heyətində meydana buraxmaq niyyətində olduğunu açıqlayıb.
KƏNAN BAHADIR






