Mahir Almaniyada ilk qolunu vurdu!

20.10.2024 22:25 310
Dünya futbolu
Almaniya ikinci Bundesliqasında 9-cu turun oyunları keçirilib.

“Football-plus.az” xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” “Qroyter Fürt”lə qarşılaşıb və 2:0 qalib gəlib.

Millimizin forvardı komandasının qollarından birini vurub.

“Nürnberq” 10 xalla 10-cu pillədə qərarlaşıb.